“Ağalı kəndində 200 evin inşası tamamlanıb, daha 150 ev tikiləcək” | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ağalı kəndində 200 evin inşası tamamlanıb, daha 150 ev tikiləcək”

13:15 - 27 / 08 / 2022
“Ağalı kəndində 200 evin inşası tamamlanıb, daha 150 ev tikiləcək”

Zəngilan rayonunun Ağalı kəndində 200 evin inşası tamamlanıb və 150 evin tikintisi planlaşdırılır.

1news.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev Şuşada keçirilən konfransda çıxışı zamanı bildirib.

O qeyd edib ki, planlaşdırılan tikililər iki-üç mərtəbəli binalar və otel olacaq.

“Zəngilanın yenidənqurma və bərpasında BMT-nin dayanıqlı inkişaf hədəfləri diqqətə alınır”, - deyə V.Hacıyev əlavə edib.

1news.az

Paylaş:
269

Son xəbərlər

Bütün xəbərlər