Goranboy rayonunda avtomobilin dərəyə aşması nəticəsində sürücü hadisə yerində ölüb

Avqustun 26-da saat 14 radələrində Goranboy rayonunun Buzluq kəndi ərazisində Zaqatala rayon sakini Vahid Ərəblinski idarə etdiyi “Ural” markalı avtomobili dərəyə aşırıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin 1news.az-a verilən məlumata görə, qəza nəticəsində sürücü hadisə yerində ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
1news.az
229