Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Pakistana yardım göstərəcək
Azərbaycan Pakistana yardım göstərəcək.
Bu barədə 1news.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Pakistan İslam Respublikasında çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən bu ölkələyə 2 milyon ABŞ dolları məbləğində yardım göstəriləcək.
1news.az
236












