Emin Əmrullayev direktorlarla görüşdə nələrdən danışıb? - Nazirlikdən AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Emin Əmrullayev direktorlarla görüşdə nələrdən danışıb? - Nazirlikdən AÇIQLAMA

Qafar Ağayev15:45 - 29 / 08 / 2022
Emin Əmrullayev direktorlarla görüşdə nələrdən danışıb? - Nazirlikdən AÇIQLAMA

Xəbər verdiyimiz kimi ötən həftənin ötən həftənin şənbə günü elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri üzrə məktəb direktorları ilə görüşüb.

Bəzi xəbər saytlarında, sosial şəbəkə hesablarında nazirin direktorlarla görüş zamanı "məktəblər təhsil vermir və biz bunu bilirik. Müəllimlər sinifdə dərs keçmirlər və eyni uşaqları repetitor hazırlığına cəlb edirlər” fikirlərini səsləndirdiyi iddia edilib.

Məsələ ilə bağlı 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Görüş zamanı məktəb rəhbərləri ilə pedaqoji heyətin vəzifə maaşına əlavələrlə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanından irəli gələn məsələlər, məktəb direktorunun nüfuzu, məktəb-icma münasibətləri, məktəbin daxilində peşəkar inkişaf, məktəbdə öyrənmə mühitinə təsir edən amillər, sertifikasiya mövzusunda geniş fikir mübadiləsi aparılıb və bu fonda suallara cavab verilib.

"Bir çox sosial media hesablarında həmin görüşlə bağlı səsləndirilən yanlış fikirlərlə bağlı onu demək istərdik ki, qeyd olunanlar kontekstdən çıxarılıb və həqiqətə uyğun deyil. Xahiş edirik, dürüstlüyünü yoxlamadan mənşəyi bəlli olmayan mənbələrə istinad edərək xəbərləri tirajlamayaq".

Paylaş:
759

Son xəbərlər

Bütün xəbərlər