Son sutkada Azərbaycanda nə qədər vaksin vurulub?
![Son sutkada Azərbaycanda nə qədər vaksin vurulub?](/images/2022/08/29/20220829054807632/thumb.jpg?2022-08-30+09%3A08%3A42)
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
Bu barədə 1news.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 857 111, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 373 253, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 862 494, üç və daha çox doza vaksin vurduranların sayı 3 362 453, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 258 911 təşkil edir.
241