Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis təminatı üzrə tədbirlər icra edilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis təminatı üzrə tədbirlər icra edilir - FOTO

Qafar Ağayev11:25 - 29 / 08 / 2022
Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis təminatı üzrə tədbirlər icra edilir - FOTO

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən Laçın şəhəri, Zabux və Sus kəndlərində mühəndis təminatı üzrə tapşırıqlar icra edilir.

Müdafiə Nazirliyindən 1news.az-a verilən xəbərə görə, həmin ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri yüksək peşəkarlıqla yerinə yetirilir.
Yaşayış məntəqələrində əsas səylər təhlükəsizlik qaydalarına ciddi riayət etməklə, kombinə edilərək kustar üsulla hazırlanan partlayıcıların və tələ minaların aşkar olunaraq zərərsizləşdirilməsinə yönəldilir.

Paylaş:
328

Son xəbərlər

Bütün xəbərlər