Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa təbrik məktubu göndərib

Qafar Ağayev17:10 - 30 / 08 / 2022
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa təbrik məktubu göndərib

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin Zəfər Bayramı münasibətilə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopa təbrik məktubu göndərib.

1news.az xəbər verir ki, Spiker Sahibə Qafarova 30 Avqust Zəfər Bayramının 100-cü ildönümü münasibətilə həmkarına, Türkiyə Böyük Millət Məclisinin üzvlərinə və qardaş Türkiyə xalqına təbriklərini ünvanlayıb.

Məktubda bu möhtəşəm zəfərin qardaş Türkiyə xalqının şanlı tarixinin ən parlaq səhifələrindən biri olduğu qeyd edilərək, Vətəninin istiqlaliyyəti uğrunda canlarını verən şəhidlərin əziz xatirəsi bir daha dərin hörmət və ehtiramla yad olunur.

Qardaş Türkiyənin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin, beynəlxalq aləmdə qazandığı nüfuz və rəğbətin vurğulandığı məktubda, həmçinin bildirilir ki, Azərbaycan -Türkiyə qardaşlıq və dostluq münasibətləri, çoxşaxəli əməkdaşlıq əlaqələri hazırda özünün ən yüksək zirvəsindədir. Ali qanunvericilik orqanlarımızın birgə fəaliyyəti bu münasibətlərin daha da gücləndirilməsinə töhfə verir.

Milli Məclisin sədri inandığını bildirib ki, birgə səylərimizlə parlamentlərarası əlaqələrimizin ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmləndirilməsinə və genişləndirilməsinə nail olacağıq.

Paylaş:
378

Son xəbərlər

Niderland Avropa çempionatında qaldı, Türkiyə isə tərk etdi - YENİLƏNİB 4Bu gün, 01:10Qarabağ Universitetində ingilis dili üzrə müəllimi vakansiyası elan edilib06 / 07 / 2024, 18:03Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib - YENİLƏNİB 106 / 07 / 2024, 17:55Azad edilmiş ərazilərdə yeni seçki məntəqələri yaradılacaq06 / 07 / 2024, 17:23Sabunçuda 5 otaqlı ev yanıb06 / 07 / 2024, 16:54Bakıda hind aktyorlarının iştirakı ilə film çəkilir06 / 07 / 2024, 16:38Qubada 1 nəfər göldə batıb06 / 07 / 2024, 16:19Abşeronda zəncirvari qəza baş verib, yaralılar var06 / 07 / 2024, 15:59Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb06 / 07 / 2024, 15:31Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb06 / 07 / 2024, 15:03Təcridxanada olan qardaşına narkotik vasitə aparan şəxs saxlanılıb06 / 07 / 2024, 14:47Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşıb06 / 07 / 2024, 14:29Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub06 / 07 / 2024, 14:08Azərbaycan bu günlərdə TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb06 / 07 / 2024, 14:05Azərbaycan Prezidenti: XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır06 / 07 / 2024, 13:52Prezident: Türk dünyasının və TDT-nin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir06 / 07 / 2024, 13:32Azərbaycan-İran sərhədini pozanlar əmrə tabe olmayıb, xəbərdarlıq atəşi açılıb06 / 07 / 2024, 13:02Bazar gününün hava proqnozu06 / 07 / 2024, 12:42Prezident Şuşada TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb06 / 07 / 2024, 12:14Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj etməkdə şübhəli bilinən Şirvan şəhər sakini saxlanılıb06 / 07 / 2024, 11:52
Bütün xəbərlər