Prokurorluq: “Qubadlıda mina partlaması ilə bağlı araşdırma aparılır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Prokurorluq: “Qubadlıda mina partlaması ilə bağlı araşdırma aparılır”

12:16 - 30 / 08 / 2022
Prokurorluq: “Qubadlıda mina partlaması ilə bağlı araşdırma aparılır”

Qubadlı Rayon Prokurorluğunda mina partlaması ilə bağlı araşdırmalara başlanılıb.

1news.az xəbər verir ki, bu barədə rayon prokurorluğundan məlumat verilib

Bildirilib ki, avqustun 30-u saat 10 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov Qubadlı rayonunun işğaldan azad edilmiş ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

1news.az

Paylaş:
197

Son xəbərlər

Bütün xəbərlər