“Rəqəmsal bacarıqlar” layihəsi 300 000 şagirdi əhatə edəcək - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Rəqəmsal bacarıqlar” layihəsi 300 000 şagirdi əhatə edəcək - VİDEO

Qafar Ağayev13:10 - 31 / 08 / 2022
“Rəqəmsal bacarıqlar” layihəsi 300 000 şagirdi əhatə edəcək - VİDEO

Elm və Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq məktəbi ilə birgə reallaşdırılan “Rəqəmsal bacarıqlar” layihəsinin ölkə üzrə əhəmiyyətini, uğurlu tətbiqini, eləcə də ictimaiyyət tərəfindən müsbət qarşılanmasını nəzərə alaraq, layihənin 2022-2023-cü tədris ilində həm coğrafi (48 şəhər və rayon), həm də müəllim-şagird sayı baxımından əhatəsi genişləndirilir. Belə ki, yeni tədris ilindən etibarən layihə respublika üzrə bütün şagirdlərin təxminən 20%-ni, yəni 418 ümumtəhsil müəssisəsinin ll-XI siniflərində təhsil alan 300 000 şagirdi əhatə edəcək.

1news.az-xəbər verir ki, ölkə üzrə təhsilverənlərin 2000-dən çoxunun layihə üzrə tədris etməsi nəzərdə tutulmuşdur ki, bu rəqəm ötən illərlə müqayisədə təxminən 50% çoxdur.

Layihə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan, Şəki, Yevlax, Xaçmaz, Sabirabad, Salyan, Şəmkir, Göyçay və Şabranla yanaşı Astara, Ağsu, Bərdə, Cəlilabad, Hacıqabul, Quba, Kürdəmir, Masallı, Saatlı, Oğuz, Qax, Qusar, Qəbələ, Siyəzən, Tərtər, Ucar, İmişli, İsmayıllı, Ağcabədi, Ağstafa, Balakən, Beyləqan, Daşkəsən, Naftalan, Qazax, Samux, Tovuz, Zaqatala, Qobustan, Zərdab və Gədəbəyi əhatə edəcək. Hal-hazırda layihəyə yeni qoşulan şəhər və rayonların informatika müəllimləri üçün istifadə olunan rəqəmsal sistemin uğurlu tətbiqi üzrə ixtisasartırma təlimləri keçirilir.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində layihə 16 şəhər və rayonun 250 məktəbini və ümumilikdə 190 min şagirdi əhatə etmişdir. 2017-2018-ci tədris ilindən həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinin məqsədi təhsilalanlara alqoritmik təfəkkür, məntiqi təfəkkür, layihə hazırlama bacarıqları və proqramlaşdırmanın əsaslarını tədris etməkdir.

Paylaş:
358

Son xəbərlər

Niderland Avropa çempionatında qaldı, Türkiyə isə tərk etdi - YENİLƏNİB 4Bu gün, 01:10Qarabağ Universitetində ingilis dili üzrə müəllimi vakansiyası elan edilib06 / 07 / 2024, 18:03Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib - YENİLƏNİB 106 / 07 / 2024, 17:55Azad edilmiş ərazilərdə yeni seçki məntəqələri yaradılacaq06 / 07 / 2024, 17:23Sabunçuda 5 otaqlı ev yanıb06 / 07 / 2024, 16:54Bakıda hind aktyorlarının iştirakı ilə film çəkilir06 / 07 / 2024, 16:38Qubada 1 nəfər göldə batıb06 / 07 / 2024, 16:19Abşeronda zəncirvari qəza baş verib, yaralılar var06 / 07 / 2024, 15:59Türkiyənin vitse-prezidentinin Azərbaycana səfəri başa çatıb06 / 07 / 2024, 15:31Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb06 / 07 / 2024, 15:03Təcridxanada olan qardaşına narkotik vasitə aparan şəxs saxlanılıb06 / 07 / 2024, 14:47Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşıb06 / 07 / 2024, 14:29Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşünün Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub06 / 07 / 2024, 14:08Azərbaycan bu günlərdə TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb06 / 07 / 2024, 14:05Azərbaycan Prezidenti: XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır06 / 07 / 2024, 13:52Prezident: Türk dünyasının və TDT-nin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir06 / 07 / 2024, 13:32Azərbaycan-İran sərhədini pozanlar əmrə tabe olmayıb, xəbərdarlıq atəşi açılıb06 / 07 / 2024, 13:02Bazar gününün hava proqnozu06 / 07 / 2024, 12:42Prezident Şuşada TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb06 / 07 / 2024, 12:14Özünü qazi kimi təqdim edərək vətəndaşları şantaj etməkdə şübhəli bilinən Şirvan şəhər sakini saxlanılıb06 / 07 / 2024, 11:52
Bütün xəbərlər