ANAMA ötən ay aşkarlanan minaların sayını açıqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA ötən ay aşkarlanan minaların sayını açıqlayıb

15:43 - 01 / 09 / 2022
ANAMA ötən ay aşkarlanan minaların sayını açıqlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, avqustun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocalı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2 353, tank əleyhinə 689 mina və 1131 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 5 523.74 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

1news.az

Paylaş:
235

Son xəbərlər

Bütün xəbərlər