KİV nümayəndələrinin Laçına səfəri başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

KİV nümayəndələrinin Laçına səfəri başlayıb

09:18 - 01 / 09 / 2022
KİV nümayəndələrinin Laçına səfəri başlayıb

Bir qrup kütləvi informasiya vasitələri nümayəndələrinin işğaldan azad edilmiş Laçın şəhərinə səfəri başlayıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, səfərdə jurnalistlərlə yanaşı hərbi ekspert, laçınlı hərbi qulluqçular da iştirak edir.

Media nümayəndələri ermənilər tərəfindən yandırılaraq dağıdılan evlərə, inzibati ərəzilərə baş çəkəcəklər.

Jurnalistlər şəhər ərazisində Azərbaycan Ordusunun yeni dislokasiya məntəqələri, yeni xidməti fəaliyyətə başlayan hərbi polis bölmələri və mühəndis işlərilə yaxından tanış olacaq.

Həmçinin Laçının Zabux və Sus kəndlərinə də səfər ediləcək.

1news.az

Paylaş:
191

Son xəbərlər

Bütün xəbərlər