Jan-Klod Van Dammın oğlu Bakıdan və Azərbaycan musiqisindən yazdı – FOTO

Hollivud aktyoru Jan-Klod Van Dammın oğlu, azərbaycanlı pianoçu Suada Hacızadə ilə ailə quran Kristofer Van Varenberq (Kris Van Damm) Azərbaycanın paytaxtına gəlib.
Kris Van Damm ilk dəfədir Bakıdadır və Stories-in məlumatına görə, o, artıq bulvar və İçərişəhərə baş çəkə bilib. “Bakı gözəldir!” – deyə o, sosial şəbəkədə İçərişəhərdə çəkilmiş şəklini paylaşaraq yazır.
Paytaxt restoranlarının birində Hollivud ulduzunun oğlu Azərbaycan musiqisinə qulaq asıb və şəkillərə əsasən, hətta Azərbaycanın milli alətlərində ifa etməyə cəhd edib - abunəçilərə Azərbaycan musiqisi haqqında danışan Kris Van Damm bunu qulaqlara çox xoş təsir etdiyini qeyd edib.
1news.az
430