Ucarda özünü yandıran 57 yaşlı əlil ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ucarda özünü yandıran 57 yaşlı əlil ölüb

11:32 - 05 / 09 / 2022
Ucarda özünü yandıran 57 yaşlı əlil ölüb

Ucarda dünən özünü yandıran kişi ölüb.

1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Ucar rayonunun Alpout kənd sakini, II qrup əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənov sentyabrın 4-də yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırması nəticəsində aldığı xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakıdakı 5 saylı Şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsində ölüb.

Faktla bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.

1news.az

Paylaş:
210

Son xəbərlər

Bütün xəbərlər