Azad edilən ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlanıb

Vətən müharibəsindən sonra 50 min hektardan artıq ərazi minalardan təmizlənib.
1news.az APA-ya istinadən xəbər verir ki, bu sözləri ANAMA-nın yeni loqosunun təqdimat mərasimində qurumun İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O bildirib ki, mina axtarışına ANAMA yanaşı Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub: "İndiyə qədər 67 min mina və partladılmamış silah-sursat təmizlənib. Bu istiqamətdə işlər davam etdirilir".
1news.az
200