Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub

09:14 - 08 / 09 / 2022
Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribat törədiblər.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, sentyabrın 7-si saat 21:00-dan sentyabrın 8-i saat 04:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Subatan və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Paylaş:
222

Son xəbərlər

Bütün xəbərlər