Faiq Mütəllimov: “Ekoloji təmiz avtomobillərin sayında artım müşahidə edilir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Faiq Mütəllimov: “Ekoloji təmiz avtomobillərin sayında artım müşahidə edilir”

Qafar Ağayev09:23 - 08 / 09 / 2022
Faiq Mütəllimov: “Ekoloji təmiz avtomobillərin sayında artım müşahidə edilir”

Qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, ekoloji təmiz elektrik və hibrid avtomobilləri, onların istifadəsi üçün zəruri olan enerji doldurucularının idxalı və satışına edilən bir sıra maliyyə güzəştlərinin tətbiqi nəticəsində ölkəmizdə ekoloji təmiz nəqliyyat vasitələrinin sayında artım olub.

ETSN-in Ekoloji Siyasət Şöbəsinin müdiri Faiq Mütəllimov 1news.az-a bildirib ki, 2022-ci ilin 8 ayı ərzində ölkə ərazisinə idxal olunan avtomobillərin 8 201 ədədini, yəni təxminən 18 faizini hibrid nəqliyyat vasitələri təşkil edib.

“Bu il ərzində idxal olunan hibrid nəqliyyat vasitələri ötən il ilə müqayisədə 958 ədəd (13 faiz) çox olub. Elektrik mühərrikli nəqliyyat vasitələri isə 215 ədəd, yəni 2021-ci il ilə müqayisədə təxminən 4,5 dəfə çox idxal olunub."

Nazirlik rəsmisi onu da qeyd edib ki, bu il yanvar ayının 1-dən etibarən elektrik mühərriki ilə işləyən avtomobillər və istehsal tarixi 3 ildən çox olmayan, mühərrik həcmi kiçik olan hibrid avtomobilləri, həmçinin onların istifadəsi üçün enerji doldurucularının idxalı və satışı ƏDV-dən azad edilib.

“Ekoloji təmiz nəqliyyat vasitələrindən, həmçinin ekoloji təmiz yanacaqdan istifadəni genişləndirmək istiqamətində görülən tədbirlər Azərbaycanda ətraf mühitə və xüsusilə atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək”.

Paylaş:
531

Son xəbərlər

Viktor Orban Azərbaycana səfər edəcək04 / 07 / 2024, 17:45Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıb04 / 07 / 2024, 17:40Azərbaycan Prezidenti ŞƏT-ə üzv ölkələrin liderlərini COP29-a dəvət edib04 / 07 / 2024, 17:28Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - YENİLƏNİB04 / 07 / 2024, 17:21Gəncədə qanunsuz tikinti işləri dayandırılıb04 / 07 / 2024, 17:18Heydər Əliyev Beynəlxalq Aeroportu ACI EUROPE 2024 İllik Konqresi və Baş Assambleyasında iştirak edir04 / 07 / 2024, 16:59Azərbaycan dili fənni üzrə keçirilən imtahananın nəticələri açıqlanıb04 / 07 / 2024, 16:41Qəzza zolağında ölən fələstinlilərin sayı 38 mini keçib04 / 07 / 2024, 16:39Bu bölgələrdə 3 gün qaz olmayacaq04 / 07 / 2024, 16:17Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilir04 / 07 / 2024, 16:00Sevinc Fətəliyeva: “Azərbaycan ŞƏT-in bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub”04 / 07 / 2024, 15:53İraq nümayəndə heyəti Ali Məhkəmədə olub04 / 07 / 2024, 15:25Azərbaycan Mərkəzi Bankı “PashaPay”ə lisenziya verib04 / 07 / 2024, 15:11“Ölkəmizdə uşaqların, yeniyetmə və gənclərin fiziki və mənəvi hazırlığı ilə bağlı çox geniş şərait var” - ŞƏRH04 / 07 / 2024, 15:01Azərbaycan XİN ABŞ-ni təbrik edib04 / 07 / 2024, 14:47“Wi-Fi üzərindən zəng” – “Bakcell” abonentlərə yeni innovativ xidmət təqdim etdi04 / 07 / 2024, 14:46Əhali Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini istəyir? - STM sorğu nəticələrini açıqladı04 / 07 / 2024, 14:36Prezident ŞƏT-in Zirvə toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə iştirak edib04 / 07 / 2024, 14:32Bakının Mehdi Hüseyn və Teymur Elçin küçələrində təmir yekunlaşıb - FOTO - VİDEO04 / 07 / 2024, 14:21Əhməd Əhmədov yenidən məhkəmə qarşısında çıxarıldı - Özünü təqsirli bilib, ifadə vermədi04 / 07 / 2024, 13:54
Bütün xəbərlər