20-dən çox ölkədən olan səyyahların azad edilmiş ərazilərə səfəri başlayıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

20-dən çox ölkədən olan səyyahların azad edilmiş ərazilərə səfəri başlayıb - FOTO

10:25 - 08 / 09 / 2022
20-dən çox ölkədən olan səyyahların azad edilmiş ərazilərə səfəri başlayıb - FOTO

20-dən çox ölkədən 40 nəfərə yaxın beynəlxalq səyyahın Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, nümayəndə heyətinə dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veley başçılıq edir.

Səfərin məqsədi işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasıdır.

Qeyd edək ki, bundan əvvəl - ötən 1 ildə dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyyahlar Qarabağ və Şərqi Zəngəzurda səfərdə olub. Beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers' Century Club), Nomadmania klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura 3 dəfə səfərləri təşkil edilib.

Bu səfərlərdə indiyədək ümumilikdə 25-ə yaxın ölkədən 100 nəfərdən çox beynəlxalq səyyah iştirak edib.

1news.az

Paylaş:
349

Son xəbərlər

Bütün xəbərlər