DİN-dən narkotik satmaqda şübhəli bilinənlərin tutulub-buraxılması ilə bağlı iddialara CAVAB | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN-dən narkotik satmaqda şübhəli bilinənlərin tutulub-buraxılması ilə bağlı iddialara CAVAB

Qafar Ağayev14:28 - 09 / 09 / 2022
DİN-dən narkotik satmaqda şübhəli bilinənlərin tutulub-buraxılması ilə bağlı iddialara CAVAB

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli şübhəli şəxslərin tutulub-buraxılması ilə bağlı iddialara aydınlıq gətirib.

1news.az-ın xəbərinə görə, o bildirib ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli şübhəli şəxslərin azadlığının məhdudlaşdırılması qanunla tənzimlənir.

"Suallar var – ziddiyyətli, düzgün olmayan açıqlamalara, şərhlərə rast gəlinir ki, polis hansısa narkotik satışını həyata keçirən şəxsi tutur və sonradan sərbəst buraxır. Halbuki bu fikirlər qəsdən narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan şəxslərin və onların yaxın çevrəsinin iddialarıdır. Bu iddialar hüquqi baxımdan məlumatsız şəxslərin düşüncəsində çaşqınlıq yaradır. Nəzərə alınmalıdır ki, inzibati xətalar və cinayət qanunvericiliyinin müvafiq maddələrinə əsasən cəza “az miqdarda”, “xeyli miqdar”, “xüsusilə külli” miqdarlarla bağlı normaya uyğun təyin olunur.

Elşad Hacıyev

Çaşqınlıq yaradan əsas xüsusları nəzərdən keçirək. İnzibati qanunvericiliyə görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati cəzanın həbs növündə yuxarı həddi iki aydır.

Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən şəxs ən az bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Suallar yaradan məqam “azadlığın məhdudlaşdırılması”, “azadlıqdan məhrum etmə” anlayışlarıdır. Azadlığın məhdudlaşdırılması həbs növündə deyil, digər qətimkan növünə ev dustaqlığı, girov, başqa yerə getməmək barədə iltizam, şəxsi zaminlik, təşkilatın zaminliyi, polisin nəzarəti altına vermə, yetkinlik yaşına çatmayanı nəzarət altına vermə, komandanlığın müşahidəsi altına vermə, vəzifədən kənarlaşdırma daxildir.

Azadlıqdan məhrumetmədə isə şəxs cəzasını məhkəmə hökmü əsasında məntəqə tipli, ümumi, ciddi, xüsusi tipli cəzaçəkmə məntəqələrində və ya həbsxanada çəkir.

Qaldı ki, digər halda əməldə residiv (təkrar eyni tərkibli cinayət əməli) varsa, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxsin satış həyata keçirməsi sübuta yetirilibsə həmin şəxsin cəzasının ən aşağı həddi üç, yuxarı həddi on iki ilədək olmaqla azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cəzanın yuxarı həddi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda törədildikdə, kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə töfsif olunur. Daha bir xüsus isə narkotik vasitənin digər şəxsə bəxşiş-hədiyyə kimi versə belə, bu da satış kimi istintaq olunur. Bununla bağlı Ali Məhkəmə Plenumunun müvafiq qərarı var.

Qeyd olunanları nəzərə nəzərə alaraq, diqqətə çatdırırıq ki, daxili işlər orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqəli heç bir fakta etinasız yanaşılmır, cəzanın labüdlüyi prinsipi təmin olunur". - deyə, E.Hacıyev əlavə edib.

Paylaş:
509

Son xəbərlər

"Nar"dan sərfəli smartfon təklifi27 / 04 / 2024, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib27 / 04 / 2024, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar27 / 04 / 2024, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib27 / 04 / 2024, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTO27 / 04 / 2024, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO27 / 04 / 2024, 16:21Ali Məhkəmənin hakimi intihar edib27 / 04 / 2024, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaq27 / 04 / 2024, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO27 / 04 / 2024, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək27 / 04 / 2024, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib27 / 04 / 2024, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb27 / 04 / 2024, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır27 / 04 / 2024, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var27 / 04 / 2024, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb27 / 04 / 2024, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib27 / 04 / 2024, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur27 / 04 / 2024, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - Proqnoz27 / 04 / 2024, 12:06Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklər27 / 04 / 2024, 11:41Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib27 / 04 / 2024, 11:32
Bütün xəbərlər