Bakıda avtomobildən 30 min manat oğurlanıb

Bakıda avtomobildən 30 min manat oğurlanıb.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildiirlib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə rayon ərazisində “Volkswagen” markalı bir avtomobildən 30.000 manat pulun oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Xəyal Mustafayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
1news.az
264