Xarici səyahətçilər Xudafərin körpüsündə olublar - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xarici səyahətçilər Xudafərin körpüsündə olublar - FOTO

12:47 - 10 / 09 / 2022
Xarici səyahətçilər Xudafərin körpüsündə olublar - FOTO

Xarici səyahətçilər Xudafərin körpüsündə olublar.

1news.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, onlara buranın tarixi barədə məlumat verilib.

Qeyd edək ki, 20-dən çox ölkədən gəlmiş məşhur səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri təşkil olunub.

Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People-Ən çox Səyahət Edən İnsanlar) klubunun təsisçisi Çarlz Veleydir.

3 gündür davam edən səfərdə səyahətçilər ilk günü Şuşa və Ağdam şəhərlərini, ikinci günü Füzuli, Xocavənd rayonu, bu gün-son gün isə Zəngilan və Cəbrayılı ziyarət ediblər.

Sentyabrın 10-dək davam edən səfər işğaldan azad edilmiş ərazilərin “qara turizm” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır.

Paylaş:
256

Son xəbərlər

Bütün xəbərlər