Elektron xidmətlərin göstərilməsi üçün sənədlərin tələb edilməsi halları minimuma endirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Elektron xidmətlərin göstərilməsi üçün sənədlərin tələb edilməsi halları minimuma endirilir

Qafar Ağayev17:00 - 12 / 09 / 2022
Elektron xidmətlərin göstərilməsi üçün sənədlərin tələb edilməsi halları minimuma endirilir

Azərbaycanda elektron qaydada dövlət xidmətlərinin göstərilməsi üçün vətəndaşlardan sənəd və ya məlumatların tələb edilməsi halları minimuma endirilir.

Parlamentdən 1news.az-a verilən məlumata görə, vətəndaşlara elektron dövlət xidmətlərinin göstərilməsi işinin təkmilləşdirilməsi və bu zaman onlardan tələb olunan sənədlərin minimuma endirilməsi ölkə rəhbərliyinin diqqət mərkəzində olan məsələlərdəndir. Bu günlərdə dövlət başçısının imzası ilə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olmuş sənədlər paketində bu məsələləri özündə ehtiva edən 47 qanuna dəyişikliklər edilməsi nəzərdə tutulur.

Dəyişikliklərin əsas məqsədi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının müvafiq bəndinin tələblərinin sahəvi qanunlarda əks olunmasıdır. Məlumat üçün bildiririk ki, adıçəkilən Milli Fəaliyyət Planının 4.2-ci bəndində nəzərdə tutulur ki, dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi üçün bu prinsipin sahəvi normativ hüquqi aktlarda təsbit edilməsi, habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayının artırılması təmin edilməlidir.

Bu məsələnin sahəvi qanunlarda əks olunması həmin tələbin daha işlək və tətbiqedilən olmasını təmin edəcəkdir.

Qanun layihələrinin qəbulu vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırlılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcəkdir.

Paylaş:
248

Son xəbərlər

Bakıda Üçüncü Piano Festivalının açılışı olub17 / 06 / 2024, 17:49Türkiyə meşə yanğınlarının monitorinqində süni intellektdən istifadə edir17 / 06 / 2024, 17:28Macar parlamentarilər Milli Məclisdə olublar17 / 06 / 2024, 17:06Ceyhun Bayramov Hakan Fidanla TDT-nin Şuşa sammitinə hazırlığı müzakirə edib17 / 06 / 2024, 16:34Milli Məclisin sabiq deputatı vəfat edib17 / 06 / 2024, 16:14Bakının iki rayonunda su kəsiləcək17 / 06 / 2024, 15:51Çaylardan daşqın, sel keçəcək - XƏBƏRDARLIQ17 / 06 / 2024, 14:52Ağdamda 10 tüfəng polisə təhvil verilib17 / 06 / 2024, 14:31Qəbələdə yol qəzasına düşən xarici vətəndaşların son durumu açıqlanıb17 / 06 / 2024, 13:25Sabah 39 dərəcə isti olacaq - Proqnoz17 / 06 / 2024, 13:03Macar parlamentarilər Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər17 / 06 / 2024, 12:48Ziya Bünyadov prospektində qəza sıxlığa səbəb oldu17 / 06 / 2024, 12:20Son beş ayda əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələrinin sayı açıqlandı17 / 06 / 2024, 12:09FHN-in Cənub Regional Mərkəzi təlim keçirib - VİDEO17 / 06 / 2024, 11:50Mikayıl Cabbarov tibb işçilərini təbrik edib17 / 06 / 2024, 11:11Binəqədidə Tibb İşçiləri Günü münasibətilə tədbir keçirilib - FOTO17 / 06 / 2024, 11:00Lerikdə 4 tondan çox xaş-xaş kolu məhv edilib17 / 06 / 2024, 10:51Yağış yağıb, 37 dərəcə isti olub - Faktiki hava17 / 06 / 2024, 10:38Oğuzda çətənə kolları becərənlər və narkokuryerlər saxlanılıb17 / 06 / 2024, 09:40Jurnalist Sərxan Kamallı vəfat edib17 / 06 / 2024, 09:14
Bütün xəbərlər