Nazirlikdən xaricə təhsil almağa gedənlərə XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlikdən xaricə təhsil almağa gedənlərə XƏBƏRDARLIQ

Qafar Ağayev17:50 - 12 / 09 / 2022
Nazirlikdən xaricə təhsil almağa gedənlərə XƏBƏRDARLIQ

Bəzi xaricdə təhsil şirkətlərinin xidmətlərindən istifadə edən vətəndaşlar üzləşdikləri çətinlik və mənfi hallarla bağlı Elm və Təhsil Nazirliyinə mütəmadi müraciət edirlər.

Bu barədə 1news.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Təəssüf ki, belə şikayətlər, xüsusilə, Dövlət proqramları, eyni zamanda, hökumətlərarası təqaüd proqramları çərçivəsində xaricdə təhsil müsabiqələrinin keçirildiyi dövrdə daha intensivləşir. Bununla əlaqədar bildirmək istərdik ki, Elm və Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusən də qeyd edilən proqramlar ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır.

Vətəndaşlara bir daha bildirmək istərdik ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd sözügedən proqramlara seçim zamanı heç bir rol oynamır. Eyni zamanda, belə şirkətlərin vasitəçiliyi ilə Elm və Təhsil Nazirliyinə təqdim edilən sənədlər seçim zamanı heç bir xüsusi üstünlüyə malik olmur. Vətəndaşlardan xahiş olunur ki, bu cür vədlərlə qarşılaşdıqları halda Elm və Təhsil Nazirliyinin 146 – 6 “Çağrı Mərkəzi”nə məlumat versinlər", - deyə qeyd edilib.

Paylaş:
269

Son xəbərlər

Milli Məclisin iclası başlayıb, gündəlikdə 17 məsələ var - SİYAHIBu gün, 11:0127-28 iyun tarixlərində Azərbaycan beynəlxalq foruma ev sahibliyi edəcəkBu gün, 10:51Maskalı şəxslər Göyçay sakinini döyərək beş min manatını ələ keçiriblərBu gün, 10:42Göygöl rayonunda qanunsuz tikinti işlərinin qarşısı alınıb - VİDEOBu gün, 10:39“Papa Johns Pizza” Azərbaycan ənənəvi olaraq bu il də Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirlər keçirib - FOTOBu gün, 10:30“ASAN xidmət” BMT-nin tədbirində diqqət mərkəzindəBu gün, 10:30ADY Türkmənistanda Orta Dəhlizin şaxələndirilməsi imkanlarını müzakirə etdiBu gün, 10:18Qızılın qiyməti azalıb, gümüş isə bahalaşıbBu gün, 10:07Culfada bacısını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulubBu gün, 09:54Qazaxda yabanı halda bitən 3 ton çətənə bitkisi məhv edilibBu gün, 09:40Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:32Mədəniyyət və incəsənətimiz radiodalğalarında – yeni layihələrBu gün, 09:22Yevlaxda narkotik tərkibli bitki becərən və narkokuryerliyə cəlb olunan şəxslər saxlanılıbBu gün, 09:22Bu ərazilərdə qaz olmayacaqBu gün, 09:18Kamaləddin Qafarov: “Uğurlu enerji siyasəti böyük şirkətləri Azərbaycana cəlb edir”Bu gün, 09:16AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:13Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 09:12Sertifikatlaşdırma imtahanının nəticələri ilə bağlı apellyasiya qəbuluna başlanılıbBu gün, 08:47Bakıda bu yollarda sıxlıq var - SİYAHIBu gün, 08:46Beynəlxalq Qurama Festivalı Şuşa səfəri ilə başa çatdı - FOTO24 / 06 / 2024, 19:11
Bütün xəbərlər