Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib - FOTO

Qafar Ağayev08:57 - 12 / 09 / 2022
Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib - FOTO

Kürdəmirdə yol qəzası baş verib, bir nəfər dünyasını dəyişib. Hadisə axşam saatlarında Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb.

1news.az xəbər verir ki, sürücü Bakı şəhər sakini 29 yaşlı Rauf Kamal oğlu Bəkirov “Hyundai” markalı avtomaşınla Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə o, əvvəlcə qarşısında hərəkətdə olan qoşqulu traktora, sonra isə onunla əks istiqamətdə hərəkət edən “Ford” markalı mikroavtobusa çırpılıb. Bundan sonra avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı ağır dərəcəli bədən xəsarəti alan Rauf Bəkirov təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatının xilas etmək mümkün olmayıb. Hadisənin başvermə səbəbi avto ekspertizanın araşdırmasından sonra bəlli olacaq. Hazırda faktla bağlı araşdırma aparılır.

Paylaş:
666

Son xəbərlər

Bütün xəbərlər