Azərbaycanda ötən sutkada COVID-19-a yoluxanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ötən sutkada COVID-19-a yoluxanların sayı açıqlanıb

15:05 - 13 / 09 / 2022
Azərbaycanda ötən sutkada COVID-19-a yoluxanların sayı açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 325 yeni yoluxma faktı qeydə alınıb, 484 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 818 263 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 806 193 nəfər müalicə olunaraq sağalıb, 9 864 nəfər vəfat edib, aktiv xəstə sayı 2 206 nəfərdir.

Ölkədə son sutka ərzində 3 912, hazırkı dövrədək isə 7 199 153 test aparılıb.

Paylaş:
295

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər