Baş Prokurorluq: Elçin Sadıqov hüquqi xidmətlərlə təmin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq: Elçin Sadıqov hüquqi xidmətlərlə təmin edilib

Qafar Ağayev15:57 - 13 / 09 / 2022
Baş Prokurorluq: Elçin Sadıqov hüquqi xidmətlərlə təmin edilib

Bəzi media və sosial şəbəkə səhifələrində təqsirləndirilən şəxs Sadıqov Elçin Əli oğlunun vəkilləri ilə görüşə bilməməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

1news.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

"Bununla bağlı bildiririk ki, Elçin Sadıqov öz istəyi ilə dəvət edilmiş vəkillər -Şəhla Hümbətova, Bəxtiyar Hacıyev və Cavad Cavadovun cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən hüquqi xidmətləri ilə təmin edilib", - məlumatda deyilir.

Paylaş:
287

Son xəbərlər

Bütün xəbərlər