Polis əməliyyat keçirdi: “Papanin” və “Kubinka”da 16 nəfər saxlanılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis əməliyyat keçirdi: “Papanin” və “Kubinka”da 16 nəfər saxlanılıb - VİDEO

Qafar Ağayev17:10 - 13 / 09 / 2022
Polis əməliyyat keçirdi: “Papanin” və “Kubinka”da 16 nəfər saxlanılıb - VİDEO

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gecə rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində - Şəmsi Bədəlbəyli, Asəf Zeynallı və Namiq Məlikov küçələrində daha bir əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, tədbir zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Hüseyn Muradov və onunla birlikdə narkotik maddələrin satışını həyata keçirən daha 15 nəfər saxlanılıb.

Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Nəsimi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

Paylaş:
277

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb01 / 05 / 2024, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədi01 / 05 / 2024, 14:57
Bütün xəbərlər