Ordumuzun mövqeləri artilleriya atəşinə tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ordumuzun mövqeləri artilleriya atəşinə tutulub

Qafar Ağayev19:37 - 13 / 09 / 2022
Ordumuzun mövqeləri artilleriya atəşinə tutulub

Sentyabrın 13-ü saat 16:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsin elan olunmasına baxmayaraq Azərbaycan-Ermənistan sərhədinin Qarakilsə rayonunun Vağudi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından istifadə edərək atəşə tutub.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

09.00-dan etibarən atəşkəsin elan olunmasına baxmayaraq Ermənistan tərəfindən artilleriya və digər ağır silahlardan istifadə etməklə sərhəd boyunca atəşkəs intensiv şəkildə pozulur .

Paylaş:
287

Son xəbərlər

Bütün xəbərlər