“Technest” Təqaüd Proqramının 2022-2023 tədris ili üçün plan və hədəfləri açıqlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Technest” Təqaüd Proqramının 2022-2023 tədris ili üçün plan və hədəfləri açıqlanıb - FOTO

Qafar Ağayev16:17 - 14 / 09 / 2022
“Technest” Təqaüd Proqramının 2022-2023 tədris ili üçün plan və hədəfləri açıqlanıb - FOTO

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “Technest’’ Təqaüd Proqramının 2021-2022 tədris ilinin yekunları və gələcək fəaliyyət planı açıqlanıb.

1news.az xəbər verir ki, 13 sentyabr 2022-ci il tarixində keçirilən konfransda agentliyin “Bacarıq və səriştələrin təkmilləşdirilməsi proqramları” departamentinin rəhbəri Elnarə Əlizadə, milli təqaüd proqramı üzrə cari ilin nəticələrini bəyan edib. Bir il müddətində tədris proqramından 30 ixtisas üzrə 57% -i kişi, 43%-i qadın olmaqla 700-dən çox vətəndaş yararlanıb, onlardan 200 nəfəri iş yeri ilə təmin olunub.

Gənclərin İKT sahəsində mütəxəssis kimi yetişməsi və onların intensiv təhsili üçün təqaüd təqdim edən “Technest” yarandığı gündən bu sahədə peşəkar kadr siyasətini həyata keçirir. Hər kəs üçün əlçatan təhsil imkanı yaradan proqramdan 12 yaşdan yuxarı Azərbaycan vətəndaşları faydalana bilər.

Konfransda, həmçinin, “Technest” Təqaüd Proqramının 2022-2023 tədris ili üçün plan və hədəfləri medianın diqqətinə çatdırılıb. Belə ki, “Technest” fəaliyyətinin ikinci ilində təqaüdçü sayını 2000 nəfərə çatdırmağı hədəfləyir.

“Technest”in bu il üçün əsas məqsədlərindən biri Azərbaycanda İKT savadlılığını artırmaq, bu sahə üzrə yerlərdə intensiv və peşəkar tədrislərin keçirilməsini təmin etməkdir. Məhz bu istiqamətdə, “Technest” Təqaüd Proqramı daha geniş coğrafiyalara yayılaraq növbəti regionların Gəncə, Mingəçevir, Lənkəran, Zaqatala, Naxçıvan olmasını hədəfləyir. Qeyd edək ki, proqramın ilk ilində pilot layihə olaraq Sabirabadda veb-proqramlaşdırma üzrə təlimlər həyata keçirilir.

2022-2023 tədris ilində ixtisasların sayının 50-dən yuxarı olması planlaşdırılır. Əmək bazarında tələb yaranan sahələr üzrə ehtiyacın ödənməsini nəzərə alaraq, data analitika, 3D dizayn, üst səviyyə proqramlaşdırma, data elmi, rəqəmsal marketinq, oyunların hazırlanması, testinq, sistem və şəbəkə inzibatçılığı kimi kurslar araşdırılaraq yeni akademik ilin planına daxil edilib, onlardan bir hissəsinə qeydiyyat artıq elan olunub.

Paylaş:
729

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilibBu gün, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıbBu gün, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03
Bütün xəbərlər