Son sutkada Azərbaycanda koronavirusdan 9 nəfər öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Son sutkada Azərbaycanda koronavirusdan 9 nəfər öldü

16:40 - 14 / 09 / 2022
Son sutkada Azərbaycanda koronavirusdan 9 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 508 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 818 634 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 806 701 nəfər müalicə olunaraq sağalıb, 9 873 nəfər vəfat edib, aktiv xəstə sayı 2 060 nəfərdir.

Ölkədə son sutka ərzində 3 664, hazırkı dövrədək isə 7 203 417 test aparılıb.

Paylaş:
420

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər