MN: “Kəlbəcər və Laçın istiqamətində bölmələrimiz artilleriya atəşinə məruz qalıb” | 1news.az | Xəbərlər
Cəmiyyət

MN: “Kəlbəcər və Laçın istiqamətində bölmələrimiz artilleriya atəşinə məruz qalıb”

10:05 - 14 / 09 / 2022
MN: “Kəlbəcər və Laçın istiqamətində bölmələrimiz artilleriya atəşinə məruz qalıb”

Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub.

Müdafiə Nazirliyindən (MN) 1news.az-a verilən xəbərə görə, bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.

"Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür", - qeyd olunub.

1news.az

Paylaş:
216

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər