Allahşükür Paşazadə Azərbaycan xalqına başsağlığı verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Allahşükür Paşazadə Azərbaycan xalqına başsağlığı verib

Qafar Ağayev11:02 - 14 / 09 / 2022
Allahşükür Paşazadə Azərbaycan xalqına başsağlığı verib

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə hərbi qulluqçularımızın şəhid olması ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

1news.az QMİ-yə istinadən xəbər verir ki, başsağlığında deyilir:

"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman hərbi qulluqçularımızın şəhid olması xəbərindən hədsiz kədərləndiyini bildirir, onlara Allahdan rəhmət diləyir, ailələrinə, doğmaları və yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Allah şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa bəxş etsin!"

Paylaş:
260

Son xəbərlər

Bütün xəbərlər