Ötən sutkada koronavirusa yoluxanların STATİSTİKASI | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən sutkada koronavirusa yoluxanların STATİSTİKASI

16:35 - 15 / 09 / 2022
Ötən sutkada koronavirusa yoluxanların STATİSTİKASI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 256 yeni yoluxma faktı qeydə alınıb, 395 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 818 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 807 096 nəfər müalicə olunaraq sağalıb, 9 876 nəfər vəfat edib, aktiv xəstə sayı 1 918 nəfərdir.

Ölkədə son sutka ərzində 3 388, hazırkı dövrədək isə 7 206 805 test aparılıb.

Paylaş:
499

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər