Azərbaycanda 2022-2023-cü tədris ili başlayıb

Bu gündən Azərbaycanda yeni bir tədris ili başlayıb.
1news.az xəbər verir ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuzun şəhid olması ilə əlaqədar Elm və Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 Sentyabr – Bilik Gününün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb.
Yeni tədris ilinin ilk günündə ümumi təhsil müəssisələrində ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.
2022-2023-cü tədris ilinrespublikada məktəblərin I sinfində 158 min 297, IX sinfində 147 min 29 , XI sinfində isə 100 min 455 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
420