MİDA-nın onlayn mənzil satışında yenə problem yarandı, proses təxirə salınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

MİDA-nın onlayn mənzil satışında yenə problem yarandı, proses təxirə salınıb

11:26 - 15 / 09 / 2022
MİDA-nın onlayn mənzil satışında yenə problem yarandı, proses təxirə salınıb

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışında ASAN loqin üzərində yüklülük nəticəsində texniki problem yaranıb.

1news.az-ın Trend-ə istinadən məlumatına əsasən, bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib.

F.Qurbanlı bildirib ki, hazırda problemin aradan qaldırılması istiqamətində işlər görülür, mənzil seçimi ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.

Xatırladaq ki, bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı həyata keçirilməsi nəzərdə tutulurdu.

Ümumilikdə 18 binadan 815 mənzil satışa çıxarılacaq.

Paylaş:
329

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər