Azərbaycan məktəblərində ilk zəng çalındı - FOTOREPORTAJ

Bu gün Azərbaycanda 2022-2023-ci tədris ilinin ilk dərs günüdür.
1news.az xəbər verir ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan ordusu tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən xeyli sayda hərbçimiz şəhid olub. Bu səbəbdən Elm və Təhsil Nazirliyi Azərbaycanın bütün ümumi təhsil müəssisələrində Bilik Günü ilə bağlı nəzərdə tutulan təntənəli tədbirləri ləğv edib.
Məktəblərdə dövlət himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri çıxış etdi. Təhsil İdarəsinin əməkdaşı Rəşad Alcanov yeni dərs ilinə start verən birinci sinif şagirdlərinə və bütün digər şagirdlərə uğurlar arzuladı. Bundan sonra ilk zəng çalındı və uşaqlar siniflərə daxil oldu.
1news.az-ın fotoqrafı bu gün 189-190 nömrəli tam orta məktəbdə olub və bilik gününü lentə alıb. Fotoreportajı təqdim edirik:
Foto: Nadir İbrahimli








































