Baş Prokurorluq: “Şəhid qardaşının sosial şəbəkədə yayılan videoları araşdırılır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq: “Şəhid qardaşının sosial şəbəkədə yayılan videoları araşdırılır”

Qafar Ağayev17:01 - 16 / 09 / 2022
Baş Prokurorluq: “Şəhid qardaşının sosial şəbəkədə yayılan videoları araşdırılır”

"Ötən gün qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır".

Bu barədə 1news.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

"Eyni zamanda, Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin", - Mətbuat Xidmətindən qeyd edilib.

Qeyd edək ki, şəhid qardaşı kamera önünə keçərək, sözügedən 6 min manatın vəzifə dəyişikliyinə aidiyyətinin olmadığını bildirib.

Həmçinin oxuyun: Şəhid Səbuhinin qardaşının müraciəti yayıldı - VİDEO

Şəhid Səbuhi Əhmədovdan 6 min manat rüşvət alınması faktı araşdırılır

Paylaş:
431

Son xəbərlər

Bütün xəbərlər