Bərdədə narkotik satan şəxslər həbs olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə narkotik satan şəxslər həbs olunub - FOTO

12:50 - 16 / 09 / 2022
Bərdədə narkotik satan şəxslər həbs olunub - FOTO

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən xəbərə görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Nəbi Hüseynov və Əvəz Həşimov saxlanılıblar. N.Hüseynovun yaşadığı ünvana baxış keçirilərkən 895 qram marixuana və çəkisi 120 qram olan narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb. Ə.Həşimovun üzərində aparılan şəxsi axtarış zamanı isə ayrı-ayrı bükümlərdə qablaşdırılmış külli miqdarda heroin aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarları ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
319

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər