Bu gün adı açıqlanan iki şəhidimiz - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün adı açıqlanan iki şəhidimiz - FOTO

16:21 - 17 / 09 / 2022
Bu gün adı açıqlanan iki şəhidimiz - FOTO

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən şəhid olan daha 2 hərbçimizin adını açıqlayıb, bununla da şəhidlərin sayı 79-a çatıb.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin şəxslər baş leytenant Nәcәfzadә Hüseyn Abbasqulu oğlu və әsgәr Omarov Eşqin Nәsib oğludur.

H.Nəcəfzadə 11.10.1997, E.Omarov isə 10.07.2003-cü il təvəllüdlür. Onların hər ikisi Milli orduda xidmət edib.

Qeyd edək ki, Baş Prokurorluq Eşqin Omarovun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olduğunu açıqlayıb. Daha sonra Müdafiə Nazirliyi hərbçimizə şəhid statusunun verildiyini bəyan edib.

Allah rəhmət eləsin!

Paylaş:
377

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər