“Technest” Təqaüd Proqramının 135 təqaüdçüsü regionlarda işlə təmin olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

“Technest” Təqaüd Proqramının 135 təqaüdçüsü regionlarda işlə təmin olunacaq

Qafar Ağayev16:57 - 19 / 09 / 2022
“Technest” Təqaüd Proqramının 135 təqaüdçüsü regionlarda işlə təmin olunacaq

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Azərbaycan HR İnstitutunun tərəfdaşlığı çərçivəsində “Technest” Təqaüd Proqramının heyəti nüfuzlu şirkətlərin HR menecerləri ilə bir araya gəlib.

1news.az xəbər veri ki, 15 qabaqcıl şirkətin iştirak etdiyi görüşdə İKT üzrə yerli mütəxəssislərin yetişdirilməsini sürətləndirmək, əmək bazarında tələb və təklif arasında balansı tənzimləmək və ən əsası milli İKT kadr bankını yaratmaq əsas müzakirə mövzularından olub.

Görüşdə işəgötürənlərin İKT sahəsi üzrə kadr ehtiyacının "Technest" təqaüdçüləri ilə təmin olunması istiqamətində fəaliyyət planı təqdim olunub.

Eyni zamanda, görüş iştirakçıları regionlarda İKT üzrə mütəxəssislərin yetişdirilməsi və kadrların bölgələrdə işlə təmin olunması məsələsinə də toxunublar. İlk addım olaraq 135 “Technest” təqaüdçüsünün regionlarda işlə təmin olunması razılaşdırılıb.

Azərbaycan HR İnstitutunun rəhbəri Emil Hüseynov bildirib ki, ‘’Technest’’ Təqaüd Proqramının təqaüdçüləri hesabına regionlarda İKT üzrə mütəxəssis ehtiyacının qarşılanması olduqca təqdirəlayiqdir. ‘’Technest təqaüdçüləri artıq əmək bazarında rəqabətədavamlı və peşəkar kadrlar kimi tanınırlar. Regionlarda yaşayan gənclərin ödənizsiz olaraq İKT təhsili alması və regionlarda da işlə təmin olması işsizliyin azadılması və əhalinin rifahının artmasına önəmli töhfə verəcək. Bu baxımından ‘’Technest’’ proqramının rolu əvəzsizdir’’.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təhsil, təqaüd və rəqəmsal savadlılıq şöbəsinin rəhbəri Fatimə Ələkbərova sözügedən əməkdaşlıqla bağlı bildirib:’’Çox sevindiricidir ki, ‘’Technest’’ brendi arlq əmək bazarında tanınır və paytaxt Bakı ilə yanaşı regionlarda yaşayan sakinlər üçün də əlçatandır. Hazırda 800-ə yaxın məzunumuz var və onlardan 200-ü tanınmış müəssisələridə işlə təmin olunublar. 2022-2023-cü tədris ilində isə məzunlarımızın sayını 2000-ə çatdırmaq niyyətindəyik. Azərbaycan HR İnstitutu ilə əməkdaşlıq çərçivəsində 135 məzunumuzun regionlarda işlə təmin olunması uğurlu tərəfdaşlığın başlanğıcıdır’’.

Paylaş:
340

Son xəbərlər

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayınBu gün, 09:44AMB 17 maya olan valyuta məzənnələrini açıqladıBu gün, 09:35Azərbaycan neftinin qiyməti 84 dolları ötübBu gün, 09:27Televiziya rejissoru vəfat edibBu gün, 09:20Bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVABu gün, 09:16Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilib16 / 05 / 2024, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək16 / 05 / 2024, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunub16 / 05 / 2024, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb16 / 05 / 2024, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTO16 / 05 / 2024, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilib16 / 05 / 2024, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar16 / 05 / 2024, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb16 / 05 / 2024, 15:46
Bütün xəbərlər