Veysəloğlu Şirkətlər Qrupunun dəstək olduğu gənclər tələbə adını qazandılar - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Veysəloğlu Şirkətlər Qrupunun dəstək olduğu gənclər tələbə adını qazandılar - FOTO - VİDEO

Qafar Ağayev10:46 - 19 / 09 / 2022
Veysəloğlu Şirkətlər Qrupunun dəstək olduğu gənclər tələbə adını qazandılar - FOTO - VİDEO

Veysəloğlu Şirkətlər Qrupu artıq üçüncü dəfədir ki, bu layihənin iştirakçısıdır və bu zaman ərzində 56 gəncin təhsil almasına şans qazandırıb.

2021-2022-ci tədris illəri üzrə “Gələcəyini Qur” layihəsi əsasında Bakının Sabunçu rayonundan olan 12 gəncin ali məktəbə hazırlığı üçün dəstək olundu. Nəticə etibarilə şagirdlərdən hər biri tələbə adına layiq görüldü. Onlardan bir çoxu Bakının müxtəlif universitetlərində dövlət sifarişli əsaslarla təhsilini davam etdirəcək.

Bu təşəbbüsün məqsədi oxumağa həvəsi olan gənclərin universitetlərə hazırlaşmasına lazımi şərait yaratmaqdır. Layihə iştirakçıları 11-ci sinif şagirdlərini və orta məktəb məzunlarını əhatə edir.

Veysəloğlu Şirkətlər Qrupunun fəlsəfəsi cəmiyyətə dəyər qatmaq və insan kapitalının inkişafına dəstək olmaqdır. Beləliklə, Şirkətlər Qrupu təhsilə dəstək istiqamətində bir çox faydalı layihədə yer alaraq, növbəti illərdə də bu təşəbbüsə qoşulmaq niyyətindədir.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Ölkənin ərzaq təhlükəsizliyi kimi strateji sahədə özünəməxsus rolu olan Şirkətlər Qrupu hazırda 19,000-dən çox insanın iş yeridir. Bu yaxınlarda dünyada tanınmış Deloitte şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.

Reklam hüququnda

Paylaş:
395

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilibBu gün, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıbBu gün, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03
Bütün xəbərlər