Komitə sədri: “Onkoloji xəstəliklərin müalicəsi çox bahalıdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Komitə sədri: “Onkoloji xəstəliklərin müalicəsi çox bahalıdır”

Qafar Ağayev16:21 - 20 / 09 / 2022
Komitə sədri: “Onkoloji xəstəliklərin müalicəsi çox bahalıdır”

Bu gün onkoloji xəstələr icbari tibbi sığorta ilə əhatə olunmayıb. Bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri ilə dəfələrlə danışmışam. Bu gün ən çox narahatlıq doğuran məsələ budur. Amma onkoloji xəstəliklərin müalicəsi çox bahalıdır və ona görə də icbari tibbi sığorta bunun altına girə bilmir.

1news.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, onkoloji xəstələrin müalicəsində hazırda istifadə olunan yeni dərmanların qiyməti çox yüksəkdir.

“Tək bu deyil. Bu gün başqa sahələr, xəstəliklər var ki, icbari tibbi sığorta bunu əhatə etmir. Doğrudur, bu gün bir sıra xəstəlikləri icbari tibbi sığorta qarşılayır. Orqan və toxuma transplantasiyasının da bir hissəsini icbari tibbi sığorta götürür. Bu, müsbət haldır. Biz növbəti dəfə İTSDA ilə müzakirələrimiz zamanı insanları ən çox narahat edən sahələri müzakirə edəcəyik”, - deyə o qeyd edib.

Paylaş:
372

Son xəbərlər

Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblar12 / 10 / 2024, 18:10Cəlilabadda toy maşını qəzaya düşüb - FOTO12 / 10 / 2024, 17:44Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA12 / 10 / 2024, 17:06Mingəçevirdə oğul atasını döyərək öldürüb12 / 10 / 2024, 16:36Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb12 / 10 / 2024, 16:01Rəsmi Bakıdan Paşinyana cavab12 / 10 / 2024, 15:13Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir12 / 10 / 2024, 14:44Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirməkdə şübhəli bilinən qadın saxlanılıb12 / 10 / 2024, 14:23Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib12 / 10 / 2024, 14:04Everest zirvəsinin ətəyində 100 il əvvəl itkin düşmüş alpinistin geyim əşyaları tapılıb12 / 10 / 2024, 13:42FHN: Ötən sutka 27 yanğına çıxış olub12 / 10 / 2024, 13:18Dünya bazarlarında qızıl və gümüş bahalaşıb12 / 10 / 2024, 12:56Bazar gününün hava proqnozu12 / 10 / 2024, 12:39Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib12 / 10 / 2024, 12:13Azərbaycan nefti bahalaşıb12 / 10 / 2024, 11:47İlham Əliyev İspaniya Kralını təbrik edib12 / 10 / 2024, 11:34ASCO-nun yeni “Handysize” tipli yük gəmisi “Murovdağ” adlandırılacaq12 / 10 / 2024, 11:25“Bakı COP fərqli və effektiv platforma olacaq”12 / 10 / 2024, 11:19Şimşək çaxıb, arabir leysan yağış yağıb - FAKTİKİ HAVA12 / 10 / 2024, 11:03Yasamalda mağaza mühafizəçisini hədələyərək oğurluq edən şəxs saxlanılıb12 / 10 / 2024, 10:39
Bütün xəbərlər