Qubada qanunsuz narkotik dövriyyəsinə qarşı əməliyyatlar zamanı 7 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada qanunsuz narkotik dövriyyəsinə qarşı əməliyyatlar zamanı 7 nəfər saxlanılıb

09:13 - 20 / 09 / 2022
Qubada qanunsuz narkotik dövriyyəsinə qarşı əməliyyatlar zamanı 7 nəfər saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.

1news.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Mehrac Hacıyev saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman 1 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri Bəxtiyar Əliyev, Cəbrayıl Mikayılov, Müqəddəs Hüseynov, Əli Məmmədov, Xaçmaz rayon sakini Elmar Mərdanov və Şabran rayon sakini Şirxan Qədirov saxlanılıblar. Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan marixuana, heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Bütün faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb.

1news.az

Paylaş:
214

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər