Qazaxıstan Respublikasının nümayəndə heyəti Milli Müdafiə Universitetində olub
Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin nümayəndə heyəti Milli Müdafiə Universitetində olub.
1news.az xəbər verir ki, Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib.
Daha sonra qonaqlara Milli Müdafiə Universitetinin tarixi, struktur və təhsil səviyyəsinin təşkili haqqında geniş brifinq təqdim olunub.
Görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.
472