Eduard Məmmədova DİN-də yeni vəzifə verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Eduard Məmmədova DİN-də yeni vəzifə verildi

14:45 - 21 / 09 / 2022
Eduard Məmmədova DİN-də yeni vəzifə verildi

Tanınmış idmançı Eduard Məmmədova Daxili İşlər Nazirliyində (DİN) yeni vəzifə verilib.

1news.az xəbər verir ki, o, qurumun İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə gətirilib. Bu haqda məlumatı Eduard Məmmədov öz instaqram hesabında paylaşıb.

“Azərbaycan Respublikası Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşam.
Bu etimadı mənə göstərdiklərinə görə Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazova və DİN-in İdman Cəmiyyətinin sədri polis polkovniki xanım Zemfira Meftaxetdinovaya öz minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Mən polis polkovnik-leytenantı Eduard Məmmədov hər zaman olduğu kimi bundan sonra da millətimə, dövlətimə şərəf və vicdanla xidmət edəcəyəm.
Mən fəxr edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət edirəm!”

Qeyd edək ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Edaurd Məmmədov buna qədər həmin Cəmiyyətin baş inspektoru kimi çalışırdı.

Rütbəcə polis polkovnik-leytenatı olan E.Məmmədov peşəkar kikboksçudur. O, dəfələrlə dünya və Avropa çempionu olub.

Paylaş:
385

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər