Bakıda tarixi binanın fasadı yaşıl rəngə boyandı, dövlət xidməti hərəkətə keçdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda tarixi binanın fasadı yaşıl rəngə boyandı, dövlət xidməti hərəkətə keçdi

Qafar Ağayev15:49 - 21 / 09 / 2022
Bakıda tarixi binanın fasadı yaşıl rəngə boyandı, dövlət xidməti hərəkətə keçdi

Bakıda daha bir tarixi binaya edilən qanunsuz müdaxilənin qarşısı alınıb.

Bu barədə 1news.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, Mərdanov qardaşları küçəsində yerləşən tarixi binaya bu müdaxilənin qarşısı alınıb: "Tarixi binanın fasadını icarədar yaşıl rəngi sevir deyə korlamaq həm absurddur, həm də qanun pozuntusu. Qarşısı alındı və fasad əvvəlki görkəminə qaytarılacaq".

Paylaş:
561

Son xəbərlər

Bütün xəbərlər