Keçən il 10 yeniyetmə qız məhkum olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Keçən il 10 yeniyetmə qız məhkum olunub

16:57 - 21 / 09 / 2022
Keçən il 10 yeniyetmə qız məhkum olunub

“2021-ci ildə 259 yeniyetmə məhkum olunub. Onlardan 249 nəfəri oğlan, 10 nəfəri isə qızdır”.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib. O qeyd edib ki, həmin yeniyetmələrdən 52 nəfəri 14-15, 207 nəfəri 16-17 yaşında olanlardır:

“Seksual xarakterli zorakılıq hərəkətləri törətmiş 12 yeniyetmə məhkum edilib ki, onlardan 2 nəfəri 14-15, 10 nəfəri isə 16-17 yaşda olanlardır. Ümumilikdə, cinayət törədən 259 yeniyetmənin 226 nəfərinin hər iki valideyni, 26 nəfərinin 1 valideyni var, 7 nəfərinin isə valideynləri barədə məlumat yoxdur. Yeniyetmələr tərəfindən törədilən cinayətlərdən 135 fakt oğurluqla bağlıdır”, - deyə K.Ağazadə vurğulayıb.

Paylaş:
299

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər