Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak edib - FOTO

Qafar Ağayev09:14 - 21 / 09 / 2022
Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak edib - FOTO

20 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminəTəşkilat - GUAM Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsindən 1news.az-a verilən məlumata görə, şuranın iclasına, həmçinin Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili, Moldovanın xarici işlər və Avropa inteqrasiyası naziri Niku Popesku, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba qatılıb.

Nazir Ceyhun Bayramov iclas zamanı çıxış edərək ticarət, nəqliyyat və kommunikasiya, parlamentlərarası əməkdaşlıq istiqamətlərində GUAM çərçivəsində həyata keçirilən işlər və perspektivlər barədə fikirləri ilə bölüşüb, təşkilat çərçivəsində əməkdaşlığın vacib olduğunu bildirib.

Nazir, post-münaqişə dövründə Ermənistanla keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması məqsədilə səyləri barədə məlumat verib. Nazir regionda bərpa və yenidənqurma tədbirləri, məcburi köçkünlərin geri qayıdışı, bölgədə yaşayan etnik ermənilərin reinteqrasiyası üçün bəzi layihələr, habelə bölgədə mina təhlükəsi barədə iştirakçıları məlumatlandırıb.

Üçtərəfli bəyanat və Azərbaycanla Ermənistan liderləri arasında əldə edilmiş razılaşmalar çərçivəsində kommunikasiya və nəqliyyat xəttlərinin açılması istiqamətində işlər aparıldığı, habelə Azərbaycan tərəfindən sülh sazişi təklifi irəli sürüldüyü vurğulanıb. Bütün bunlara baxmayaraq, Ermənistanın prosesi əngəllədiyi və gecikdirmə taktikasına əl atdığı, Üçtərəfli bəyanatlar üzrə öhdəliklərini ciddi pozduğu və son aylar genişmiqyaslı hərbi təxribatlar törətdiyi, təxribatlar nəticəsində itkilər olduğunu bildirilib. Ermənistan tərəfinin destruktiv fəaliyyətlərinə baxmayaraq, ölkəmizin sülh gündəliyini irəlilətməkdə əzmli olduğu və danışıqları davam etdirdiyi diqqətə çatdırılıb.

Nazir, həmçinin Ukraynadakı vəziyyətin ciddi narahatlıq doğurduğunu, problemin diplomatik yolla beynəlxalq hüquq əsasında, xüsusilə də dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenlik prinsiplərinə uyğun həllinin vacib olduğunu qeyd edib. Azərbaycanın Ukraynaya humanitar yardım əlini uzadan ilk ölkələrdən olduğu və indiyə qədər 15 milyon avro məbləğində Ukraynaya yardım göstərildiyi bildirilib. Nazir Ceyhun Bayramov çıxışının sonunda Ukraynanın 2023-cü il üzrə GUAM sədrliyini təhvil alması münasibətilə təbrik edib.

İclas zamanı habelə digər ölkələrin xarici işlər nazirləri və Baş katib Altay Əfəndiyev çıxış edərək təşkilat çərçivəsində mövqelər və prioritetlər barədə iştirakçıları məlumatlandırıblar.

İclas zamanı, üzv dövlətlər “Azad ticarət zonasının yaradılması haqqında Sazişə malların mənşə ölkəsinin müəyyən edilməsi qaydaları haqqında Protokol”u və “Konsulluq məsələləri sahəsində qarşılıqlı yardım haqqında Demokratiya və İqtisadi İnkişaf naminəTəşkilat - GUAM Konvensiyası”nı imzalayıblar.

Paylaş:
517

Son xəbərlər

Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblar12 / 10 / 2024, 18:10Cəlilabadda toy maşını qəzaya düşüb - FOTO12 / 10 / 2024, 17:44Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA12 / 10 / 2024, 17:06Mingəçevirdə oğul atasını döyərək öldürüb12 / 10 / 2024, 16:36Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb12 / 10 / 2024, 16:01Rəsmi Bakıdan Paşinyana cavab12 / 10 / 2024, 15:13Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir12 / 10 / 2024, 14:44Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirməkdə şübhəli bilinən qadın saxlanılıb12 / 10 / 2024, 14:23Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib12 / 10 / 2024, 14:04Everest zirvəsinin ətəyində 100 il əvvəl itkin düşmüş alpinistin geyim əşyaları tapılıb12 / 10 / 2024, 13:42FHN: Ötən sutka 27 yanğına çıxış olub12 / 10 / 2024, 13:18Dünya bazarlarında qızıl və gümüş bahalaşıb12 / 10 / 2024, 12:56Bazar gününün hava proqnozu12 / 10 / 2024, 12:39Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib12 / 10 / 2024, 12:13Azərbaycan nefti bahalaşıb12 / 10 / 2024, 11:47İlham Əliyev İspaniya Kralını təbrik edib12 / 10 / 2024, 11:34ASCO-nun yeni “Handysize” tipli yük gəmisi “Murovdağ” adlandırılacaq12 / 10 / 2024, 11:25“Bakı COP fərqli və effektiv platforma olacaq”12 / 10 / 2024, 11:19Şimşək çaxıb, arabir leysan yağış yağıb - FAKTİKİ HAVA12 / 10 / 2024, 11:03Yasamalda mağaza mühafizəçisini hədələyərək oğurluq edən şəxs saxlanılıb12 / 10 / 2024, 10:39
Bütün xəbərlər