Bakı Hava Limanında kran aşıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Hava Limanında kran aşıb - YENİLƏNİB

16:25 - 22 / 09 / 2022
Bakı Hava Limanında kran aşıb - YENİLƏNİB

Heydər Əliyev Beynəlxalq Hava Limanında baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub.

1news.az-ın verdiyi məlumata görə TƏBİB-dən bildirilib ki, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib.

Bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb.

16:10

Heydər Əliyev Beynəlxalq Aeroportunda bədbəxt hadisə baş verib.

1news.az xəbər verir ki, yük daşıyan kranın aşması nəticəsində bir nəfər ölüb.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
616

Son xəbərlər

Bütün xəbərlər