“Türkiyə ilə münasibətlər Azərbaycan üçün xüsusi xarakter daşıyır” | 1news.az | Xəbərlər
Cəmiyyət

“Türkiyə ilə münasibətlər Azərbaycan üçün xüsusi xarakter daşıyır”

12:00 - 22 / 09 / 2022
“Türkiyə ilə münasibətlər Azərbaycan üçün xüsusi xarakter daşıyır”

İlk dəfə təşkil edilən Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və sərgisi hər iki dövlətin əməkdaşlığa ən yüksək səviyyədə verdiyi dəstəyin növbəti təzahürüdür.

1news.az məlumatına görə, səhiyyə naziri Teymur Musayev Azərbaycan-Türkiyə Səhiyyə Biznes Forumu və sərgisinin açılış mərasimi zamanı bunu deyib.

Nazir qeyd edib ki, “YAŞAT” fondu vasitəsilə 200 nəfərə yaxın həmvətənimiz Türkiyəyə müalicəyə göndərilib.

“Hazırda 700-dən çox türk tələbə Azərbaycan Tibb Universitetində təhsil alır. Türkiyəli həmkarlarımızla əməkdaşlıq COVID-19 pandemiyası dövründə daha intensiv hal aldı. Bununla yanaşı TURKOVAC vaksininin 3-cü faza sınaqları Azərbaycanda keçirilir. Türkiyə ilə münasibətlər Azərbaycan üçün xüsusi xarakter daşıyır. Türkiyə ilə əməkdaşlıq yalnız ikili formatda deyil, beynəlxalq müstəvidə də davam edir”,- deyə T.Musayev bildirib.

Paylaş:
189

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər