Bakı metrosunda pik vaxtlarda intervalın çox olmasının səbəbi nədir? - Qurum rəsmisi AÇIQLADI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosunda pik vaxtlarda intervalın çox olmasının səbəbi nədir? - Qurum rəsmisi AÇIQLADI

Qafar Ağayev14:28 - 23 / 09 / 2022
Bakı metrosunda pik vaxtlarda intervalın çox olmasının səbəbi nədir? - Qurum rəsmisi AÇIQLADI

Sentyabrın 15-də yeni tədris ili başlayandan sonra Bakı metrosunda da sıxlıq müşahidə olunmağa başlayıb.

Sosial şəbəkələrdə bununla bağlı şikayətlərə rast gəlirik. Şikayətlər arasında Bakı metrosunda qatarlar arasında xüsusilə də günün pik vaxtlarında intervalın çox olması yer alır. Bəzən bu interval 8 dəqiqəyə qədər olur.

Bunu metrodan istifadə edən 1news.az-ın əməkdaşı da əyani şəkildə müşahidə edib. Son iki gündə metronun “Azadlıq” stansiyasında səhər saat 8:20-8:30 radələrində qatarların intervalı 7 dəqiqədən çox olub. Bəs bunun səbəbi nədir?

Məsələ ilə bağlı 1news.az-a danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, bu, ümumilikdə ehtiyat qatar və yaxud tənzimləməni optimallaşdırmaq üçün qrafik və sair kimi məsələlərin tərkib hissəsidir.

“Yalnız metronun “Azadlıq prospekti” stansiyasında deyil, eyni zamanda “Həzi Aslanov”, “Əhmədli” istiqamətində də olur. Saat 8-9 arası metronun ən optimal saatlardandır. Həmin vaxt qatarlardan biri ən sıx olan – “Memar Əcəmi”, “20 yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” kimi stansiyalarda optimal tənzimləməni həyata keçirmək üçün qatar “Memar Əcəmi” stansiyasından geri qaytarılır. Belə olduqda təbii ki, üzü “Nəsimi”, “Azadlıq” istiqamətlərində interval artırılır. Bunu biz mövsüm başlamadan əvvəl keçirdiyimiz mətbuat konfransında da demişdik. Eyni zamanda “Neftçilər” stansiyasından sonra üzü “Xalqlar Dostluğu”, “Əhmədli”, “Həzi Aslanov” istiqamətlərində də eyni qayda ilə tənzimlənmə mexanizmi tətbiq olunur. Çünki əsas sərnişin kütləsi “Neftçilər”, “Koroğlu”, “Nərimanov” stansiyaları istiqamətində olduğu üçün gur saatlarda bir qatar qeyd etdiyim kimi verilir, “Neftçilər” stansiyasından dönüb qayıdır. Belə olduqda qismən də olsa sərnişin axınını tənzimləmək mümkün olur".

B.Məmmədov deyib ki, bu hallara 2019-cu ilə qədər bütün sərnişinlərimiz öyrənmişdi.

Bəxtiyar Məmmədov

“Pandemiya dövründə müəyyən vərdişlər unudulub. O səbəbdən biz stansiyalara gedib sərnişinlərin şikayətlərini dinləyirik, biz sərnişinlərlə ünsiyyətdən qaçmırıq. Əminəm ki, 1 ay ərzində sərnişinlərin uyğunlaşması da olacaq. İndiki məqsədlərimizdən biri də sərnişinlərin istiqaməti rahat müəyyən etməsinə kömək etməkdir. Bu gün problemimiz odur ki, qatarların qapısı saxlanılır, belə olan halda qrafik də pozulur. Bir neçə stansiyada qapının saxlanması yetərlidir ki, metropolitendə hərəkət qrafiki pozulsun. Belə olan qatar tuneldə dayana-dayana gedir, növbəti stansiyadan qatar çıxmayana qədər həmin stansiyaya təbii ki, qatar daxil ola bilmir. Hal-hazırda bu problemlərin həlli ilə bağlı çalışırıq”.

Paylaş:
636

Son xəbərlər

Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09
Bütün xəbərlər